Ru
17:39 / 21 May 2019

Kəndlisini deşik-deşik edib öldürdü - CƏZA ALMADI

2433
 

Masallıda həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən İlqar Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Bakupost.az-ın məlumatına görə, istintaqla müəyyən edilib ki, Camalov İlqar Cəlal oğlu Masallı rayonunun Mollaoba kənd sakini Həsənov Urfan Əkbər oğlunun onun barəsində müxtəlif şəxslərə təhqiramiz sözlər danışaraq şəxsiyyətinin alçaldılmasını ehtimal edib bundan qəzəblənib.


O, Urfan Həsənovu öldürmək qərarına gəlib, bu səbəbdən yaşadığı Sumqayıt şəhərindən Masallı rayonunun Mollaoba kəndində yaşayan valideynlərinin yanına gəlib.


İ. Camalov ata evindən bıçaq götürərək kənd ərazisində Urfan Həsənovu axtarıb və kənd məscidinin yanında tapıb.


O, söhbət etmək bəhanəsi ilə U.Həsənovu kənd qəbiristanlığına aparıb. Təqsirləndirilən şəxs orada Urfan Həsənova heç bir söz demədən üzərindəki bıçaqla ona zərbələr vurmağa başlayıb.


Bu zaman zərərçəkən İ.Camalovun bıçaq olan əlini tutaraq qışqıraraq kömək çağırmağa başlayıb. Təqsirləndirilən yumruq və təpik zərbələri ilə U. Həsənovu vurmağa davam edib.


Zərbələrdən yerə yıxılan zərərçəkən yaşamaq üçün İ. Camalovdan imdad diləməsinə baxmayaraq o, sonuncunun yalvarışlarına məhəl qoymadan onu xüsusi amansızlıqla qətlə yetirib. 


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Camalov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair qərar çıxarılıb.

Onun müalicəsi Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.


Buna etiraz edən U.Həsənovun hüquqi varisi apelyasiya şikayəti verib.


Şirvan Apellyasiya Məhkməsində keçirilən prosesdə zərərçəkənin hüquqi varisinin verdiyi şikayət təmin edilməyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər