Ru
15:19 / 17 Fevral 2020

Kilsəyə hücum - Xeyli sayda ölən var

1144


Burkina-Fasonun şimalındakı Yağa əyalətinin Pansi yaşayış məntəqəsində ötən gün naməlum silahlı şəxslər protestant kilsəsinə hücum ediblər.


BakuPost yerli KİV-ə istinadən xəbər verir ki, kilsədə bazar günü ayin zamanı törədilən hücum nəticəsində 24 nəfər öldürülüb, daha 18 nəfər xəsarət alıb. Terrorçular hadisə yerindən qaçaraq kilsənin pastorunu da özləri ilə aparıblar.

Qeyd edək ki, son dörd ildə ölkədə terror üzündən azı 700 nəfər öldürülüb, 270 mindən artıq sakin ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Hazırda ölkənin 13 əyalətindən 7-də fövqəladə vəziyyət rejimi davam edir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər