Mayın 14-də Rusiya ordusunun Kiyevə raket və PUA-larla kütləvi zərbələr endirməsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko Teleqram kanalında məlumat yayıb.
"Tibb işçilərinin məlumatlarına görə, dünən gecə baş verən hücum nəticəsində artıq 12 nəfər ölüb. Onların arasında 15 yaşlı qız da var", - deyə o qeyd edib.
Kliçko xəsarət alanların sayının 57 nəfərə çatdığını, onlardan 27-sinin hazırda xəstəxanada olduğunu dəqiqləşdirib.