Ru
18:05 / 31 İyul 2025

Kiyevə raket hücumu: Azərbaycan diasporunun binası dağıldı - VİDEO

Kiyevə raket hücumu: Azərbaycan diasporunun binası dağıldı - VİDEO
Eye

Rusiya ordusunun ötən gecə raket və çoxsaylı PUA-larla Kiyevə hücumu insan itkisi ilə yanaşı, şəhərdə dağıntılara da səbəb olub. Zərər görən binalar arasında Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) binası da var.

Təşkilatın sədr müavini Elşad İbrahimov Bakupost.az -a açıqlamasında faktı təsdqiləyib. Onun sözlərinə görə, binanın ön və arxa tərəfdən şüşələri qırılıb, jalyüz və mebellər zədələnib. Xoşbəxtlikdən hücum zamanı xəsarət alan olmayıb.

E.İbrahimov tezliklə UABD-ın öz hesabına binanın zədələnən hissələrinin bərpa olunacağını bildirib.

Qeyd edək ki, UABD 15 ilə yaxındır fəaliyyət göstərir. Təşkilat Rusiyanın Ukraynaya təcavüzü başladıqdan sonra Azərbaycanın bu ölkədəki səfirliyi ilə birgə soydaşlarımzın evakuasiyasında fəal iştirak edib. UABD üç ildən artıq davam edən müharibə şəraitində fəaliyyətini daha da gücləndirib: Ukraynadakı Azərbaycan icmasını davamlı olaraq bir araya gətirir, soydaşlarımızla bağlı qarşıya çıxan problemləri həll edir, müxtəlif vilayətlərdə fəaliyyət göstərən nümayəndəliklərin fəaliyyətini koordinasiya edir və ağır müharibə günlərində ukraynalılara dəstək olur.

Qeyd edək ki, ötən gecə Rusiya 300-dən çox PUA və 8 raketlə Kiyevə hücum edib. Nəticədə 8 nəfər ölüb, 12-si uşaq olmaqla 132 nəfər yaralaın. Yaşayış evləri, inzibati binalar və infrastruktura ciddi ziyan dəyib.

Zaur,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar