Ru
17:33 / 25 May 2026

Köçəryan Azərbaycanla bağlı “vəd” verdi

Köçəryan Azərbaycanla bağlı “vəd” verdi
Eye

“Əgər mən və komandam Ermənistanda hakimiyyətə gəlsək, Azərbaycanla sülh danışıqları sıfır nöqtəsindən başlamayacaq”.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti və “Hayastan” seçki blokunun baş nazirliyə namizədi Robert Köçəryan deyib.

Köçəryan iddia edib ki, onun yanaşması danışıqlar prosesinin sıfırlanması" demək deyil. Onun sözlərinə görə, sülh müqaviləsi üçün “zəmanətçilər” lazımdır.

“Zamin tərəflər”ə gəlincə, Köçəryan bu rolda Rusiya və ABŞ-ni görür: “Avropa İttifaqının iştirakı da arzuolunan olardı, amma mən Rusiya, ABŞ və Çinin daxil edilməsini ideal variant hesab edirəm”.

Xatırladaq ki, hazırda Azərbaycan və Ermənistan sülh danışıqları, sərhədin delimitasiyası və digər prosesləri vasitəçilər olmadan davam etdirir. Rəsmi Bakı və İrəvan bir neçə dəfə vasitəçilərə ehtiyacın olmadığını bəyan edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar