Ru
11:50 / 28 May 2026

Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi

Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı  – Özü etiraf etdi
Eye

Ermənistanın sabiq prezidenti Robert Köçəryan Avropa ilə münasibətlərin vacibliyini vurğulasa da, iqtisadi baxımdan Rusiyanın Ermənistan üçün əsas istiqamətlərdən biri olduğunu bildirib.

Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, onun fikirlərini Ermənistan mediası tirajlayıb.

Köçəryanın sözlərinə görə, gəlir əldə etmək baxımından əsas imkanlar Rusiyada formalaşır, Avropa isə daha çox yaşayış və istehlak məkanı kimi qəbul edilir:

“Ermənistanın məqsədi bütün tərəflərlə balanslı və yaxşı münasibətləri qorumaq olmalıdır”.

Eks-prezidentin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bəzi istifadəçilər bunu “iki istiqamətli siyasət” kimi qiymətləndiriblər.

Qeyd edək ki, Köçəryanın dediyi “balanslı siyasət” anlayışı Prezident İlham Əliyevin son dərəcə çətin bir regionda Azərbaycan üçün müəyyən etdiyi əsas xətdir. Rəsmi Bakı məhz bunun sayəsində uzun illər həm qonşuları ilə münasibətləri qoruyub saxlayıb, həm də Qərblə faydalı iqtiqadi-siyasi əməkdaşlıqlar qurub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar