Ru
12:29 / 12 Avqust 2025

Köçəryana qarşı məhkəmə iddiası qaldırıldı

Köçəryana qarşı məhkəmə iddiası qaldırıldı
Eye

Ermənistan Baş Prokurorluğu keçmiş prezident Robert Köçəryan və digər sabiq məmurlardan 2008-ci il martın 1-də baş vermiş kütləvi iğtişaşlara görə zərərçəkənlərə və ölənlərin ailələrinə ölkə hökuməti tərəfindən ödənilən 670 milyon dramın (təxminən 1,7 milyon dollar) müsadirə edilməsini tələb edir.

Bakupost.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

İddia ərizəsi Antikorrupsiya Məhkəməsinə göndərilib. Prokurorluq həmin məbləği bərabər hissələrlə Köçəryandan, sabiq vitse-spiker Armen Gevorkyandan, o vaxtkı Baş Qərargah rəisi Seyran Ohanyandan və sabiq müdafiə nazirinin müavini Yuri Xaçaturovdan tələb edir.

Qeyd edək ki, 2019-cu ildə Ermənistan parlamenti 2008-ci il martın 1-də keçirilən etiraz aksiyalarının dağıdılması zamanı ölənlərin və yaralananların yaxınlarına yardım göstərilməsi haqqında qanun qəbul edib. Həmin il Ədliyyə Nazirliyi bu məqsədlə 720 milyon dram ayırıb.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar