Ru
23:08 / 24 İyul 2025

Kreml Qusmanı Azərbaycana simpatiyasına görə cəzalandırdı

Kreml Qusmanı Azərbaycana simpatiyasına görə cəzalandırdı
Eye

Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.


Bakupost.az xəbər verir ki, bu haqda sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib. 2000-ci ildən "Güc formulu" teleserialının müəllifi və aparıcısıdır. Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (2001) və Rusiya Federasiyasının əməkdar jurnalisti (2018).

Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, YUNESKO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiya Federasiyasının YUNESKO üzrə Komissiyasının üzvüdür.

Siyasi müşahidəçilər Mixail Qusmanın Azərbaycana göstərdiyi açıq simpatiyanın və rəsmi Bakı ilə yaxın münasibətlərinin Kreml tərəfindən xoş qarşılanmadığını düşünür. Hazırda Rusiya mediasında bu məsələ geniş müzakirə olunur.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar