Ru
13:21 / 27 Noyabr 2026

"Halk TV"yə qarşı növbəti əməliyyat: Məşhur aparıcılar saxlanıldı

"Halk TV"yə qarşı növbəti əməliyyat: Məşhur aparıcılar saxlanıldı
Eye

Türkiyədə “Halk TV” telekanalı ilə əlaqədar aparılan istintaq çərçivəsində növbəti – üçüncü əməliyyat dalğası həyata keçirilib.

"Bakupost" xəbər verir ki , əməliyyat nəticəsində 12 nəfərin saxlanılması barədə qərar qəbul edilib. Onlardan 9-u artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Saxlanılan şəxslər arasında telekanalın tanınmış aparıcısı Ece Üner və onun həyat yoldaşı, jurnalist Deniz Bayramoğlu da yer alır. “Halk TV”nin xəbər koordinatoru Hakan Kürşad Oğuz barəsində də saxlanılma qərarı çıxarılıb. İstanbul Baş Prokurorluğu onun hazırda ölkə xaricində olduğunu açıqlayıb.

Məlumata əsasən, istintaq çərçivəsində şübhəlilər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayətkar təşkilat yaratmaq və həmin təşkilata üzv olmaq, ictimaiyyəti çaşdıran məlumatların yayılması, rüşvət, tenderlərə müdaxilə və Vergi Prosessual Qanunvericiliyinin pozulması kimi əməllərdə şübhəli bilinirlər.

Qeyd edək ki, sadalanan ittihamlar üzrə yekun hüquqi qərar verilməyib və şübhəlilərin təqsiri məhkəmə tərəfindən təsdiqlənməyib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar