Hörmüz boğazının bağlanması səbəbindən Küveytin bütün neft daşımaları dayandırılıb.
Bakupost.az "Blumberq"ə istinadla xəbər verir ki, bu barədə Küveyt Neft Korporasiyası bildirib.
İstehsal minimuma endirilib, ixrac tamamilə dayanıb.
Agentlik bildirib ki, cümə günü müştərilərinə müqavilədə nəzərdə tutulan və fövqəladə şərait səbəbindən yüklərin çatdırılma tarixlərinin təxirə salınmasına imkan verən bəndin aktivləşdirildiyini bəyan edib.
Mövcud vəziyyətin qlobal iqtisadiyyata ciddi təsir göstərə biləcəyi vurğulanıb.
Asena,
BakuPost