Livan və İsrail Vaşinqtonda təhlükəsizlik sahəsində mümkün uzunmüddətli razılaşmanı müzakirə edir.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindəki mənbə "Əl-Hadath" telekanalına bildirib.
Mənbə qeyd edib ki, tərəflər mühüm irəliləyiş əldə ediblər.
Vurğulanıb ki, İsrail qoşunlarının Livan torpaqlarından çıxarılması birbaşa "Hizbullah" tərəfindən gələn təhlükənin aradan qaldırılması ilə əlaqədardır.