Ru
00:14 / 05 Avqust 2020

Livanda dəhşətli partlayış - Ölü sayı sürətlə artır - VİDEO - YENİLƏNDİ

3442
Livanın paytaxtı Beyrutda baş vermiş partlayışda ölənlərin sayı 63 nəfərə çatıb.

Bu barədə “Al Haddath” telekanlı ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.

Bildirilib ki, hadisə nəticəsində üç minə yaxın insan da yaralanıb.

Livanın “Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb.

Bir qədər əvvəl telekanal Nacaryanın ağır yaralandığını və huşsuz vəziyyətdə olduğunu bildirmişdi.

Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.

***

Livanda baş verən partlayışla bağlı ölkədə matəm elan olunub.

"BakuPost" xəbər verir ki, ölkənin Baş Naziri Həsən Diyab Beyrutdakı güclü partlayış səbəbindən çərşənbə gününü ölkədə matəm elan edib.

Qeyd edək ki, Livanın paytaxtı Beyrut şəhərinin dəniz limanında güclü partlayışlar baş verib.

Partlayış nəticəsində ölənlər arasında məmurlar, diplomatlar da var. Belə ki Livanın Kataib partiyasının lideri Nizar Nadjaryan Beyrutdakı partlayış nəticəsində ölüb.

Rusiya Federasiyasının Livandakı Səfirliyinin binasına da maddi zərər dəyib. Partlayış nəticəsində binanın fasad hissəsindəki şüşələr və qapılar qırılıb. Səfirliyin bir əməkdaşı xəsarət alıb. Qadına tibbi yardım göstərilib.

Həmçinin, hadisə nəticəsində Qazaxıstanın Beyrutdakı diplomatik missiyasının binasına zərər dəyib. Konsul yüngül xəsarət alıb.

İndiyədək ölü sayı 12-yə çatıb, yüzlərlə yaralı var.

****

Livanın paytaxtı Beyrutun dəniz limanında güclü partlayış baş verib.

"BakuPost" xəbər verir ki, partlayış yaxınlıqdakı evlərdə də hiss edilib. Bəzi binaların şüşələri qırılıb.

Partlayışlar nəticəsində azı 10 nəfər həyatını itirib.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər