Ru
19:04 / 11 Sentyabr 2025

Lukaşenko ABŞ-yə təşəkkür etdi

Lukaşenko ABŞ-yə təşəkkür etdi
Eye

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-yə ölkəsinə qarşı bəzi sanksiyaların ləğvinə görə təşəkkür edib.

Bakupost.az xəbər verir ki, bu barədə Belarusiya Prezidenti Aleksandr Lukeşenko ölkəsinin BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakovla görüşündə bildirib.

Lukaşenko qeyd edib ki, sanksiyalar məsələsi əsas istiqamət olmasa da, vacibdir.

Bundan əvvəl Aleksandr Lukaşenko Minskdə ABŞ prezidentinin nümayəndəsi Con Koul ilə görüşüb.

Görüş zamanı nümayəndə Belarus Prezidentinə ABŞ-ın Belarusun “Belavia” aviaşirkətinə qarşı sanksiyaları ləğv etdiyini bildirib.

Bundan əvvəl Trampın nümayəndəsi ABŞ ilə Belarus arasında münasibətlərin normallaşması üçün şərti açıqlamışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar