Ru
13:21 / 05 May 2026

Mal və qoyun əti kəskin bahalaşacaq

Mal və qoyun əti kəskin bahalaşacaq
Eye

Qurban bayramı ərəfəsində ət və qurbanlıq heyvanın qiyməti hər il artır. Bu il də eyni halın yaşanması gözlənilir. Bayram bu il 27-28 may tarixlərinə təsadüf edir. Bayrama yaxınlaşdıqca tələb çoxaldığı üçün qiymətlər də yüksəlir.

Bakupost.az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
O bildirib ki, keçən illə müqayisədə bu il yem, dərman, nəqliyyat və saxlama xərcləri təxminən 20 faiz bahalaşıb:

“Fermerlər də heyvanı kəsimə vermək əvəzinə qurbanlıq kimi satmağa üstünlük verir. Ona görə bazarda ət azaldıqca qiymət qalxır.

İlkin proqnozlara görə 2026-cı ildə Bakı və ətrafında qoyunun qiyməti 320 manatdan başlayıb 430 manata qədər, keçi 300-400 manat, dana isə 2600 manatdan 4200 manata qədər olacaq. İribaş heyvanı 7 nəfər şərik kəssə, bir nəfərə təxminən 400-600 manat xərc düşəcək.

Qəssabxanalarda da qiymət qalxır.

İndi 16-18 manata olan mal əti bayramqabağı 19-22 manata, 18-20 manata olan qoyun əti isə 22-25 manata çata bilər. Bayram günü və ondan sonrakı iki gündə qiymətə əlavə 1-2 manat da gələ bilər.

Qiymət artımından yayınmaq üçün heyvanı bayramdan 2-3 həftə əvvəl almaq sərfəlidir, çünki son günlər 10-15 faiz baha satılır. Rayonlardan gətirilən heyvanlar da Bakıdakıdan bir az ucuz olur. Bir neçə ailə birləşib dana alsa, hissəbaşı 50-100 manat qənaət etmək mümkündür. Vəkil ilə kəsim də variantdır, onun qiyməti təxminən 800-850 manat civarında olacaq.

Ümumilikdə 2026-cı ildə qurbanlıq və ət keçən ilə nisbətən orta hesabla 15-25 faiz bahalaşacaq. Əsas səbəb xərclərin artması və bayramqabağı tələbin çoxalmasıdır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar