Rusiyada 15 nəfərə hücum etməkdə və azı 3 nəfəri öldürməkdə ittiham olunan şəxs Ukraynada döyüş bölgəsindən qaçıb.
Bakupost.az xəbər verir ki, bu barədə The Moscow Times nəşri məlumat yayıb.
Məlumata görə Sankt-Peterburq şəhərindən olan Andrey Kiyko əfv qarşılığında döyüşlərə qatıldığı Ukrayna cəbhəsindən qaçaraq gizlənib.
Rusiyada qadınlara qarşı qətl və hücumlara görə məhkum edilmiş Andrey Kiyko axtarışa verilib. O, Ukraynadakı müharibədə yaralandıqdan sonra müalicə aldığı xəstəxanadan qaçıb.(Modern.az)