Ru
09:56 / 07 May 2026

Mbappe Premyer Liqa klubuna keçə bilər

Mbappe Premyer Liqa klubuna keçə bilər
Eye

Premyer Liqa nəhənglərindən “Liverpul” Kilian Mbappe üçün hərəkətə keçib.

Bakupost.az “Fichajes” nəşrinə istinadla xəbər verir ki, İngiltərə təmsilçisi fransız hücumçunu transfer etmək üçün çalışmalara başlayıb.

Bildirilir ki, növbəti mövsüm üçün heyəti yenidən qurmağı planlaşdıran Premyer Liqa klubu Mbappeni layihənin əsas fiqurlarından biri kimi görür.

Mənbədə qeyd olunur ki, “Real Madrid” rəhbərliyi də mümkün bütün variantları nəzərdən keçirməyə başlayıb. Klub daxilində Mbappenin komandadakı gələcəyinin həssas məsələ olduğu və futbolçunun mümkün ayrılığının uzunmüddətli planlara ciddi təsir göstərə biləcəyi vurğulanıb.

Son dönəmdə komandanın uğursuz nəticələrindən sonra tənqid olunan Mbappe fərdi statistikası ilə diqqət çəkməyə davam edir. Fransız ulduz 2025/26 mövsümündə bütün turnirlərdə keçirdiyi 41 oyunda 41 qol vurub. O, həmçinin komanda yoldaşlarına 6 məhsuldar ötürmə verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar