Ru
21:38 / 28 Oktyabr 2025

Mehdiyevin 50 nəfərlik siyahısında onlar olacaqdı... - Millət vəkili

Mehdiyevin 50 nəfərlik siyahısında onlar olacaqdı... - Millət vəkili
Eye

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Rusiyanın xüsusi xidmət orqanlarına və ya yüksək səviyyəli qurumlarından birinə yazdığı məktubu ortaya çıxıb. Bu məktub ona qarşı istintaq orqanının irəli sürdüyü ittihamları bir daha təsdiqləyir.

Bakupost.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Ramiz Mehdiyevin ötən gün yayılan məktubu ilə bağlı deyib.

“Məktubdan belə anlaşılır ki, Mehdiyevin “Dövlət Şurası” yaratmaq niyyəti olub. “Dövlət Şurası” da 50 nəfər üzvdən ibarət olmalıymış.

Çox maraqlıdır ki, sözügedən “Dövlət Şurası”na hakimiyyətin hər üç qoluna - qanunvericilik, icra və məhkəmə - nəzarət hüququ verilir. Demokratik don geyindirmək üçün “Dövlət Şurası”nın üzvlərinin seçki yolu ilə, “xalq tərəfindən” seçilməsi də nəzərdə tutulub. Ramiz Mehdiyev öz rəhbərliyi ilə keçirilən seçkini istədiyi kimi manipulyasiya edəcəkdi”, - o bildirib.

Millət vəkili qeyd edib ki, çox güman ki, həmin 50 nəfərlik “Dövlət Şurası”nın tanınmış siyasətçilər, iqtisadçılar, hüquq-mühafizə orqanlarının təmsilçiləri, ziyalılar və bu kateqoriyaya aid digər şəxslərdən təşkil olunması planlaşdırılıb:

“Bu insanlar təbii ki, Ramiz Mehdiyevə yaxın və etibarlı adamlar ola bilərdi.

Yaradılan qurum isə faktiki olaraq ən üst quruma çevrilir. Yəni təsəvvür edin ki, hakimiyyətin hər üç qolu “Dövlət Şurası”nın nəzarətində olur. Bu da tamamilə diktatura deməkdir”.

Millət vəkili hesab edir ki, bu məktub artıq R.Mehdiyevə qarşı ittihamların bir daha təsdiqlənməsidir:

“Hesab edirəm ki, bu məktubdan sonra istintaq işi də sürətlənəcək”.

Şərhlər
  • B.Qarabağlı

    Biz Azərbaycan SSR sakinləri hələ 1987 ci ilin fevralından (mən 17sindən?) şahidik ki, böyük güclü İttifaq dövləti, Xalq Cəbhəsi, BMT özünün TŞ, Baş Assambleyi, İnsan hüquqları Ədaləti və Beynəlxalq Cinayət məhkəmələri ilə, NATO sülhsevər Alyansı, yeni MDB öz KTMTsi ilə öz bərabər ədalət qərarlarının icrasına azərbaycan vətəndaşlarının qanlarını (44 gün 2020cü il, 13/14.09.2022ci il, 19/20.09.2023cü il tarixlərində) daha üç dəfə tökmədən 25-33 il bərabər qarşılıqlı münasibətlər üçün konstitusion azadlığına heç bir hüquqi dəstək vermədilər, əksinə hərbi-genosid əsarətinə dəstək son 19-20.09.2023 tarixinədək davam etdirildi? Hər bir Azərbaycan sakini-vətəndaşı heç bir kənar gücdən, yüksək beynəlxalq mənbədən, naməlum Akademiklər, Parlament və məddahları eşitmək əvəzinə daim hər vətəndaşı, işçisi, əsgəri özləri daim səhih sayıqlıqla öz vətənin müdafiəsinə, asayişinə hər an çalışmalıdır.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar