İndi deyirlər ki, necə ola bilər, Ramiz Mehdiyevin qılıncının dalı da, qabağı da kəsən vaxtda Sabir Rüstəmxanlı bu sözləri deyə bilib. Həqiqət o idi ki, ortada bir Heydər Əliyev faktoru var idi.
Bakupost.az xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı müəllifi olduğu “Rüstəmxanlı söhbətləri” verilişində 1996-cı ildə Milli Məclisdə Ramiz Mehdiyev haqqında çox kəskin çıxışı haqda danışarkən deyib.
“Heydər Əliyev kimin-kim olduğunu bilirdi, düz söz deyənlə saxtakarı ayırırdı və cəsarətli sözü sevirdi. Sonda o 6 dəfə yoxlamanın nəticəsi nə oldu? Respublikanın o vaxtkı prokuroru mənə zəng vurdu, təbrik etdi, görüşmək istədiyini bildirdi. Görüşdük. Dedi ki, bu gün Heydər Əliyev məni çağırdı, soruşdu ki, bu nə yoxlamalardır Sabir Rüstəmxanlı ilə bağlı? Dedi ki, bu yoxlamalarda Sabir Rüstəmxanlıya kölgə salacaq bir şey var? Dedim ki, vicdanla deyə bilərəm ki, heç bir şey yoxdur. Dedi, siz bilmirsiniz ki, Sabir Rüstəmxanlı təmiz adamdır? Bu gün o yoxlamaları bağla, bitir bu məsələni.
Ramiz Mehdiyev bu münasibəti bilirdi, ona görə də onların “qılıncı” bizi kəsə bilməzdi”, - xalq şairi bildirib.