Ru
15:43 / 15 Yanvar 2026

Məhkəmə hakimləri ilə bağlı qanunlarda dəyişiklik edildi

Məhkəmə hakimləri ilə bağlı qanunlarda dəyişiklik edildi
Eye

"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.


Bakupost.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliklə "Məhkəmələr və hakimlər haqqında" Qanuna 92-1-ci maddə əlavə edilir:

"Maddə 92-1. Hakimin xidməti vəsiqəsi

Hakimə nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilən xidməti vəsiqə verilir. Hakimə xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim edilir. Hakimin xidməti vəsiqəsi onun statusunu və vəzifəsini təsdiq edən sənəddir.

Hakim səlahiyyət müddəti ərzində xidməti vəsiqədən istifadə edir. Hakimin soyadı, adı, atasının adı, vəzifəsi dəyişdikdə və ya xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqda, habelə xidməti vəsiqə itirildikdə və ya yararsız hala düşdükdə ona yeni xidməti vəsiqə verilir.

Hakimin səlahiyyətlərinə xitam verildikdə xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasına qaytarılır".

Dövlət başçısı "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklərin tətbiqi məqsədi ilə fərman da imzalayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar