Ru
17:00 / 20 Sentyabr 2021

Məktəb direktoru 44 yaşında vəfat etdi - FOTO

Məktəb direktoru 44 yaşında vəfat etdi - FOTO
Eye

Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı vəfat edib.

Bakupost.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, idarənin Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin direktoru Anar Ramiz oğlu Nuriyev damarlarında yaranmış tromblaşma nəticəsində dünyasını dəyişib.

A.Nuriyev 1977-ci il noyabrın 17-də Sumqayıt şəhərində anadan olub.

Əmək fəaliyyətinə 1995-ci ildə Sumqayıt şəhər “Dostluq” Mədəniyyət evində estrada ansamblına rəhbərlik etməklə başlayıb. 2003-cü ildən Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin “Nəzəriyyə” şöbəsində müəllim, 2015-ci ildən isə həmin məktəbin direktoru vəzifəsində çalışıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar