Ru
09:49 / 26 Mart 2026

"Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır?" – Deputatdan səs-küylü müsahibə

"Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır?" –  Deputatdan səs-küylü müsahibə
Eye

“Maaşıma görə məni niyə mühakimə edirsiniz?”. Milli Məclisin deputatı Səyyad Aran cəmiyyətdə maaş və qazanc mövzusu ətrafında yaranan tənqidlərə sərt münasibət bildirib.

Bakupost.az News24.az-a istinadla xəbər verir ki, o, RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində bildirib ki, insanların qazancına görə müzakirə olunması düzgün deyil.

Deputat qeyd edib ki, özü gündəlik həyatında sadə şəkildə hərəkət edir, ictimai nəqliyyatdan istifadə edir və tez-tez piyada gəzir:

“18 nömrəli avtobusla gedirdim, üçüncü dayanacaqda düşürdüm, piyada keçidindən keçib gedirdim. Qayıdanda da çox vaxt piyada gəlirəm. Evim yaxındır, həm də sağlamlıqdır”.

Onun sözlərinə görə, bu yanaşmaya baxmayaraq, bəzi şəxslər ona qarşı namərdcəsinə ifadələr işlədib:

“Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır? İnsan zəhmət çəkib oxuyar, ali təhsil alar, işlədiyi yerdə fərqlənər, yeni ideyalarla çıxış edər. Cəmiyyətdə orta yaşayan da var, kasıb da var, bir az yaxşı yaşayan da var. Kimisi istedadı ilə irəli çıxır, mükafat alır. Hamı bunu edə bilmirsə, onda susub oturmalıdır”.

Daha ətraflı videoda:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar