Türkiyəyə məxsus "Altura" adlı neft tankeri dronla vurulub.
Bakupost.az yerli mediaya istinadla bildirir ki, hadisə gecəyarı İstanbul boğazına bir neçə kilometr məsafədə qeydə alınıb.
Məlumata əsasən, tanker həm pilotsuz uçan aparat, həm də pilotsuz dəniz aparatı ilə vurulub. Nəticədə Rusiyanın Novorossiysk limanından Türkiyəyə 140 min ton neft daşıyan gəmi qəza siqnalı verib. Siqnala ilk reaksiyanı ən yaxındakı Erdek gəmisi verib.
Bundan sonra Sahil Mühafizə Xidməti hərəkətə keçərək, xilasetmə işlərinə başlayıb. Gəminin kim tərəfindən vurulması isə qeyd olunmayıb.