Ru
13:44 / 27 Noyabr 2021

"Qızım 10 ildir XİN-də çalışır" - Mənsum İbrahimov

12595

Xəbər verdiyimiz kimi, mətbuatda Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun qızının Xarici İşlər Nazirliyində yüksək vəzifəyə təyin edilməsi ilə bağlı məlumat yayılıb.


Bildirilir ki, Xarici İşlər Naziri Ceyhun Bayramovun müvafiq əmri ilə bir neçə gün əvvəl diplomatik rütübəsi artırılan Aysel İbrahimli birinci katib vəzifəsinə gətirilib.




Məsələ ilə bağlı Mənsum İbrahimov Bakupost.az -a açıqlama verib.

Xalq artisti qeyd edib ki, qızı 10 ildən çoxdur XİN sistemində işləyir:

“Əslində yazılanlar kimi xüsusi bir vəzifə yoxdur. Diplomatik sistemdə belə bir şey var ki, zamanı çatdıqda növbəti imtahan verirlər. Qızım Bakı Dövlət Universiteti və Azərbaycan Diplomatik Akademiyasını qırmızı diplomla bitirib. İki xarici dil bilir. 10 ildən çoxdur ki, XİN sistemində işləyir. Bu zamana qədər ikinci katib vəzifəsində çalışırdı. 6 ildən sonra, zamanı çatdı, imtahan verdi və birinci katib rütbəsi aldı”.

Aygün Nəbiyeva
BakuPost

Şərhlər
  • Ramin Bəhmən

    Mənsum İbrahimov şəxsiyyəti xalqımız üçün önəmli dəyərdir və düşünmürəm ki, bu qədər təmiz əxlaqlı bir insanın adının qızı və ya hansısa yaxınının vəzifə təyinatında rol almasına o özü şəxsən icazə verə təbii olaraq xanımın savadı var ki, bu qədər ölkəmiz üçün strateji əhəmiyyətli qurumda vəzifə ala bilib. Əlavə olaraq qeyd etmək istəyirəm ki, Mənsum İbrahimovun özünün dediyi kimi bir insan 10 il bir qurumda işləyirsə və savadı, bacarığı varsa vəzifəsinin qalxması şok yaradacaq bir şey deyil sadəcə olaraq Mənsum İbrahimov şəxsiyyətinə ləkə vurmaq istəyənlər məsələni bu qədər şişirdib şou halına gətirə bilər. Sonda isə Baku Posta təşəkkür edirəm ki, media qurumu olaraq şəffaflıq göstərib.

  • Mubariz

    Sizə görə ,yoxsa savadına görə ,hörmətli ifaçı

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər