Ru
17:59 / 05 Dekabr 2025

“Mercedes” iki avtomobilin üzərindən uçdu – “Kiberpank” effektli qeyri-adi qəza – VİDEO

“Mercedes” iki avtomobilin üzərindən uçdu – “Kiberpank” effektli qeyri-adi qəza – VİDEO
Eye

Rumıniyanın Oradea şəhərində yerli sakinləri şoka salan qəza baş verib.

Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, sükan arxasında vəziyyəti pisləşən 55 yaşlı sürücü idarəetməni itirib və “Mersedes” markalı avtomobili iki taksinin üzərindən uçurub. Hadisə yol qovşağında baş verib və təhlükəsizlik kamerasına düşüb.

Sürücü avtomobildə sıxışmış vəziyyətdə tapılıb. Orta dərəcəli xəsarət alan sürücü xəstəxanaya getməkdən imtina edib. Yerli təhlükəsizlik xidmətinin sözçüsü Alina Butaci bildirib ki, sürücünün həyatı üçün təhlükə yoxdur.

Alkoqol və narkotik testləri neqativ çıxan sürücünün diabet krizi qəzaya səbəb olduğu açıqlanıb.

Hadisə sosial şəbəkələrdə və yerli KİV-lərdə “kiberpank” effektli qeyri-adi qəza kimi şərh edilib.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar