Ru
10:45 / 10 Sentyabr 2019

“Meşə qardaşları”nın üzvünün cəzası azaldıldı - MƏHKƏMƏ

“Meşə qardaşları”nın üzvünün cəzası azaldıldı -   MƏHKƏMƏ
Eye

"Meşə qardaşaları" adlı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Bakupost.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə onun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib.


Qeyd edək ki, Ə.Məhərrəmov Azərbaycanda fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmə olan "Meşə Qardaşları"nın üzvü olub. O, istintaqdan uzun müddət gizlənib və barəsində axtarış elan edilib. Ə.Məhərrəmov bu il saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Məhərrəmov 7 il müddətinə azadlıqdan məhrum edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar