Ru
11:37 / 09 Dekabr 2025

“Metodistlər yüksək əməkhaqqı alacaqlar” – Nazirlik

“Metodistlər yüksək əməkhaqqı alacaqlar” – Nazirlik
Eye

“Hazırda 400-ə yaxın məktəbə metodik dəstək verilməkdədir. Bu yalnız ekspert gəlib kimisə öyrətməklə deyil, müəllimlə bir yerdə işləyərək ona metodik dəstək verilməsidir”.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev bildirib.

O qeyd edib ki, sertifikasiyadan yüksək nəticə göstərən müəllimlərin arasından metodistlər seçiləcək: “Bunlar 50 baldan yuxarı nəticə göstərən müəllimlər olmalıdır. Metodist işləmək ümün ümumilikdə 5000 müraciət olunub və 325 metodist və 22 aparıcı metodist onların arasından seçilib. Təhsil İnstitutunda onlarla seminarlar keçirilir. Onlar həmişə öz üzərlərində işləyəcək və məktəblərdə də müəllimlərə dəstək olacaqlar. Bu həm də əməkkhaqqısı olan işdir, metodistlər yüksək əməkhaqqı alacaqlar”.

E. Əliyev əlavə edib ki, məqsəd 2030-cu ilədək ölkənin bütün məktəblərində metodik dəstəyin təmin olunmasıdır.
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar