Ru
12:59 / 08 Aprel 2026

Metroda yeni tunelin inşası zamanı avtobuslar pulsuz olacaq?

Metroda yeni tunelin inşası zamanı avtobuslar pulsuz olacaq?
Eye

Metronun “28 May” və “Nizami” stansiyaları tunel bağlı olduqda həmin iki stansiya arasında yerüstü nəqliyyat vasitəsi ilə sərnişinlərə xidmət göstərəcək nəqliyyat vasitələrinin ödənişsiz olması məsələsi müzakirə edilir.


Bakupost.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev məlumat verib.

O qeyd edib ki, bununla bağlı müvafiq qurumlar arasında müzakirələr davam etdirilir.

“Bu məsələ yalnız metronun səlahiyyətində deyil, işlər aidiyyəti qurumlarla kompleks şəkildə həyata keçirilir. Tunel bağlı olduqda avtobuslar yalnız “Nizami” və “28 May” stansiyaları arasında deyil, ətraf ərazilərə də vətəndaşları daşıyacaq. Bütün bunlar öncədən ictimaiyyətə elan ediləcək”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar