Ru
17:17 / 14 Sentyabr 2026

“Milləti zəhərləyirsiniz, öldürürsünüz!” – “Pınar” yağından ŞİKAYƏT/VİDEO

“Milləti zəhərləyirsiniz, öldürürsünüz!” – “Pınar” yağından ŞİKAYƏT/VİDEO
Eye

Türkiyə istehsalı olan “Pınar” kərə yağı müştərinin narazılığına səbəb olub.

“Bakupost” xəbər verir ki, vətəndaş bununla bağlı sosial mediada paylaşım edib.

O, 30 il Türkiyədə yaşadığını və “Pınar” markasının kərə yağından həm qutu, həm də paket formasında istifadə etdiyini bildirib.

Vətəndaş bu dəfə eyni markalı yağı “Rahat” marketdən aldığını, lakin məhsulun keyfiyyətinin əvvəl istifadə etdiyindən kəskin fərqləndiyini iddia edib.

“İki dünya bir olsa da, bu, kərə yağı deyil. O qədər pis iyi var! Dünyanın ən iyrənc marqarinini içinə qoyub satırlar. Guya səhər yeməyində istifadə üçündür. Bunu yeməyə belə vura bilmirsiniz, o qədər turş və iyrənc iyi var.
Baxın, bizi necə aldadırlar. Heç biriniz bu yağı almayın. Bunu ağzınıza belə qoya bilməzsiniz. Milləti zəhərləyirsiniz, milləti öldürürsünüz! Bu pulu uşaqlarınızın boğazından necə keçirirsiniz? Haram olsun sizə. Bu pul sizə dərmanlara qismət olsun”, - deyə o bildirib.

Lalə Novruz, BakuPost







Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar