Ru
21:57 / 31 May 2020

Millimizin futbolçusu oynamadı - Komandası uduzdu

Millimizin futbolçusu oynamadı -  Komandası uduzdu
Eye

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubu II Bundesliqada növbəti oyununu keçirib.

BakuPost.az xəbər verir ki, Aue təmsilçisi XXIX turda “Haydenhaym”ın qonağı olub. Qarşılaşma Nazarovun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

30 yaşlı hücumçu matçda iştirak etməyib və sonadək ehtiyat oyunçular skamyasında qalıb.

Qeyd edək ki, "Ertsgebirge" 38 xalla 8-ci, “Haydenhaym” isə 48 xalla 4-cü pillədə qərarlaşıb. Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar