Mingəçevir xəstəxanasında "qrija"dan əməliyyat olunan xəstə öldü

  • 17 Avq 2019 23:20
  • 1562 Baxış
Mingəçevir xəstəxanasında
Mingəçevir şəhərində 33 yaşlı Ağdam rayon sakini əməliyyatdan sonra qəfil dünyasını dəyişib.



BakuPost APA-ya istinadən xəbər verir ki, ölüm hadisəsi şəhər  xəstəxanasında qeydə alınıb.



Belə
ki, Mingəçevrdə məskunlaşan Ağdam rayon sakini Səfərov İmamverdi Şöhrət
oğlu qasıq (qrija) nayihəsindən əməliyyat olunub. Əməliyyatdan sonra
Reanimasiya şöbəsinə yerləşdirilən xəstə bir neçə saat sonra
gözlənilmədən dünyasını dəyişib.



Əməliyyatın normal keçdiyi bildirilir. Qəfil ölümün hansı səbəbdən baş verdiyi məlum deyil. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.



Faktla bağl araşdırma aparılır.