20 gündür Türkiyəyə keçmək istəyən 3 min İran yük maşını sərhəddə qalıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
"Türkiyə tərəfi İrandan gündə yalnız 250 yük maşını qəbul edir və bu məhdudiyyət proqram təminatı və aparat problemləri və sərhəddə yerləşən İran təşkilatları arasında koordinasiyanın olmaması səbəbindən uzun növbələr yaradıb. Digər sərhədlərdə də oxşar vəziyyət hökm sürür və yük maşınları yola düşmək üçün 5-10 gün gözləyirlər, - məlumatda bildirilib.
Qeyd olunub ki, İran dəniz blokadasına görə cənub bölgələrindən dəniz yolu ixracat həyata keçirə bilmədiyi üçün, quru yollar vasitəsilə ixracata üstünlük verməsi də, problemin artmasında rol oynayır.