Ru
15:48 / 21 İyul 2026

Miqrasiyada yeni dövr: Köç edənlərin 54 faizi qadınlardır

Miqrasiyada yeni dövr: Köç edənlərin 54 faizi qadınlardır
Eye

Avropa və Mərkəzi Asiyada miqrasiya axınlarında qadınların payı artmaqda davam edir. BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) məlumatına görə, hazırda regiondakı miqrantların 54%-ni qadınlar təşkil edir.

“Bakupost” xəbər verir ki, Avropa və Mərkəzi Asiyada doğulan 13 milyondan çox qadın xaricdə yaşayır, region isə dünyanın müxtəlif ölkələrindən gələn 9,5 milyondan çox miqrant qadına ev sahibliyi edir.

Bildirilir ki, qadınlar artıq əsasən ailə üzvlərinə qoşulmaq üçün deyil, təhsil almaq, iş tapmaq, təhlükəsiz həyat qurmaq və daha yaxşı iqtisadi imkanlar əldə etmək məqsədilə müstəqil şəkildə miqrasiya edirlər.

BMT qeyd edir ki, miqrant qadınlar aşağı maaşlı və sosial təminatı zəif olan işlərdə daha çox çalışır, insan alveri və istismar riski ilə daha çox üzləşirlər. İqlim dəyişikliyi və silahlı münaqişələrin də qadın miqrasiyasına təsir göstərən əsas amillərdən biri olduğu vurğulanır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar