Ru
15:46 / 19 Mart 2026

Miqren irsi keçirmiş...

Miqren irsi keçirmiş...
Eye

Miqren əsasən qadınlarda müşahidə olunur və irsi meylliliklə bağlıdır – yəni, valideyndə varsa, uşaqda da bu xəstəliyin yaranma ehtimalı yüksəkdir.


Bakupost.az Oxu24.com-a istinadən xəbər verir ki,mütəxəssislər qeyd edirlər ki, miqrenin yaranmasında bir sıra amillər rol oynayır: qan damarlarının tonusu, serotoninin qarşılıqlı təsiri və digər nevroloji faktorlar.


Miqren tutmaları adətən başın yarısında güclü ağrılarla özünü göstərir və tez-tez ürəkbulanma, qusma ilə müşahidə olunur. Xəstəliyin müxtəlif formaları vardır: auralı və aurasız miqren.


Müalicə iki istiqamətdə aparılır:

Tutmanın qarşısının alınması – xüsusi dərmanlar xəstəyə tutmanın əlamətləri başlayanda verilir və tutmanın tam inkişaf etməsinin qarşısını almağa kömək edir.


Tutmanı yüngülləşdirmək – klinik cəhətdən təsdiqlənmiş iynələr vasitəsilə miqren tutmaları daha az müddətli və daha yüngül keçir.


Mütəxəssislər vurğulayır ki, miqren tamamilə müalicə olunan xəstəlik deyil. Məqsəd xəstənin mümkün qədər az əziyyət çəkməsini təmin etmək və həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Bu baxımdan, migren xəstələri həkimə müraciət etməli, müalicə və profilaktik tədbirlərlə tutmaları minimuma endirməlidirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar