Ru
20:19 / 10 Noyabr 2025

Mirzoyan bu tarixdə Danimarkaya səfər edəcək

Mirzoyan bu tarixdə Danimarkaya səfər edəcək
Eye

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 11-də Danimarkaya iki günlük işgüzar səfər edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan feysbukdakı səhifəsində yazıb.

Məlumata görə, Mirzoyan danimarkalı həmkarı Lars Lökke Rasmussenlə görüşəcək. Səfər zamanı həmçinin digər görüşlər və müzakirələr də planlaşdırılır.

"Gündəliyə həm Ermənistan-Danimarka ikitərəfli münasibətlərinin inkişafı, həm də Danimarkanın Avropa İttifaqı Şurasına hazırkı sədrliyi nəzərə alınmaqla Ermənistan-Aİ tərəfdaşlığının dərinləşdirilməsi ilə bağlı məsələlər daxildir", - məlumatda bildirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar