Rusiyanın paytaxtı Moskvada qeydə alınan anomal isti hava şəraiti son 129 ilin temperatur rekordunu qırıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzindən məlumat verilib.
Məlumata görə, paytaxtda termometrlərin göstəricisi +30°C-yə yüksəlib. Bundan əvvəlki tarixi maksimum göstərici 20 may 1897-ci ildə qeydə alınmışdı. Həmin vaxt Moskvada hava +29.7°C-yə qədər qızmışdı.
Qeyd edək ki, mayın 19-da da Moskvada növbəti temperatur rekordu yenilənmişdi. Həmin gün paytaxtda +30.3°C isti qeydə alınmışdı ki, bu da 1979-cu ilin tarixi maksimum göstəricisindən 0.1 dərəcə çoxdur.