Ru
23:16 / 22 Avqust 2026

Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi

Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
Eye

Rusiya parlament seçkiləri günü ölkələrin Moskvadakı diplomatik nümayəndəliklərinin qarşısında nümayişlərin keçirilməsinin qadağan olunması ilə bağlı bütün dövlətlərin diplomatik qurumlarına nota göndərib.


"Bakupost" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin seçkilərlə bağlı komissiyasının sədr müavini Maksim Rayder bildirib.

Onun sözlərinə görə, Moskva notalarda seçki məntəqələrinin qorunması üçün adekvat tədbirlər görülməsini, o cümlədən seçkilər günü nümayişlərin qadağan edilməsini xahiş edib:

“Bu aksiyaların səsvermənin təhlükəsizliyinə necə təhdid yaratdığı ilə bağlı konkret məlumat yoxdur. Rusiya xarici ölkələrin beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirəcəyinə ümid edir, lakin Moskva da əllərini yanına salıb oturmayacaq”.

Qeyd edək ki, IX çağırış Rusiya Dövlət Dumasına seçkilər sentyabrın 18-dən 20-dək - üç gün ərzində keçiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar