Ru
12:24 / 12 İyun 2026

Moskvadan Ermənistana qaz “dağı”: 177 dollardan 550 dollara

Moskvadan Ermənistana qaz “dağı”: 177 dollardan 550 dollara
Eye

Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov Moskvanın Ermənistana qaz tədarükü şərtlərinə yenidən baxacağını bildirib.

Bakupost.az xəbər verir ki, ekspert bu halda Ermənistana verilən yanacağın qiymətinin 2-2,5 dəfə artacağını deyib.

Yuşkov qeyd edib ki, Avrasiya İqtisadi İttifaqına üzv ölkələr 30 faizlik ixrac rüsumundan azaddır. Amma Ermənistan bu gömrük zonasından çıxsa, “Qazprom” bu ixrac rüsumunu ödəməli olacaq və deməli tədarükün qiyməti də 30 faiz artacaq.

Onun fikrincə. belədə əvvəlki müqavilə qüvvədən düşəcək və Ermənistanla yeni müqavilə bağlandıqda isə ona münasibətdə Avropa qiymət düsturu tətbiq olunacaq, yəni təxminən 520-550 dollar.

Xatırladaq ki, hazırda Ermənistan Rusiyadan qazın min kubmetrini 177 dollara alır.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar