Ru
20:05 / 03 Mart 2021

Mübariz Mənsimov azadlığa çıxır - TƏLƏB

5209
FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov məhkəmə nəzarəti altında sərbəst buraxıla bilər.

"BakuPost" xəbər verir ki, İstanbul Cümhuriyyət Prokurorluğu Mənsimovun məhkəmə nəzarəti altında sərbəst buraxılmasını tələb edib.

“Məkhəmənin gəldiyi mərhələ göz önünə alınaraq, müttəhimin cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın müddəti, şübhəli şəxsin həbsdə keçirdiyi vaxt, həbs-qətimkan tədbiri olduğu üçün bu mərhələdə məhkəmə nəzarətinin mümkünlüyü nəzərə alınaraq, müttəhim başqa cinayətə görə mühakimə olunmursa və ya həbs olunmursa, azadlığa çıxa bilər. Cəza ancaq yaşayış yerini və ölkəni tərk etməməklə azadlıqla əvəz oluna bilər”, - prokurorluğun tələbində deyilir.

Qeyd edək ki, M.Mənsimovun məhkəmə prosesi martın 5-də keçiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər