Ru
22:51 / 12 Yanvar 2021

"Müharibə bitdi, maşınımı qaytarın..." - VİDEO

5420

Ağsu rayon sakini Xəlilov Qərib Tarif oğlu müvəqqəti olaraq orduya verdiyi avtomobili geri almaq üçün müvafiq qurumlara müraciət edib.


"BakuPost" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. X. Qərib bildirib ki, ailəsinin yeganə dolanışıq yeri olan həmin yük avtomobilini geri almaq üçün dəfələrlə komissarlığa müraciət etsə də, nəticə yoxdur:


"Müharibə günlərində yolda hərəkət halında olarkən polis saxlayaraq, hərbi komissarlığa getməyimi tələb etdi. Orada isə maşınımın müharibəyə lazım olduğunu bildirdilər. Kömək məqsədilə maşını özüm apardım, lakin Goran rayonunda maşınları götürdükdən sonra geri qayıtmağımı istədilər. Müharibə Azərbaycanın qələbəsi ilə bitsə də, hələ də maşınımdan xəbər ala bilmirəm. Xahiş edirəm bu məsələdə mənə kömək edəsiniz".


İki övladı olan Xəlilov Qərib yanvarın 6-da hərbi komissarlığa getsə də, heç bir məlumat ala bilmədiyini deyib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər