Ru
15:35 / 07 Oktyabr 2021

Musa Yaqub haqqında kitab nəşr olundu - FOTO

4887
Şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseynin görkəmli söz ustası, Xalq şairi Musa Yaqub haqqında “Tərəddüdün yaşıdı” adlı kitabı nəşr olunub.

Bakupost.az xəbər verir ki, “Qanun” nəşriyyatı tərəfindən çap edilən kitabın redaktoru Yaqut Musaqızı, naşiri Şahbaz Xuduoğlu, üz qabığının müəllifi isə Hüseyn Mirqətəvidir.

Qeyd edək ki, F. Hüseyn iki il ərzində Musa Yaqubun şəxsi arxivində araşdırmalar apararaq belə bir kitab hazırlayıb, nəşrdə Musa Yaqub barədə ilk dəfə qələmə alınan çoxsaylı faktlar yer alıb.

Kitab “Siqaret qutusundakı tale yazısı”, “Təbiət güzgüsünə yazılan şeirlər”, “Vaxt qapısının açarı”, “Nizami Gəncəvinin tərəzisində Musa Yaqub daşları” adlı bölmələrdən ibarətdir. Bölmələrin hər birində Musa Yaqub yaradıcılığı təhlil edilir, eyni zamanda həyatına aid faktlar əsaslı şəkildə işıqlandırılır.


Nəşrin müsahibələr bölməsində F. Hüseynin apardığı ədəbi söhbətlər var. Bu bölmədə Musa Yaqubun “Oxucular acığından heç bir әsәri oxumurlar” başlıqlı ədəbi söhbəti və şairin qızları Səhər və Yaqut xanımın “Biz hәmişә dünyaya atamızın gözlәri ilә baxmışıq” və “Әşyaların taleyi” başlıqlı müsahibələri verilib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər