Bu şeiri Musa Yaqub qızları Səhər və Yaqut xanıma yazıb.
Onda qızları tələbə imiş. Yaqut xanım həmin günləri belə xatırlayır: “Bir dəfə biz Bakıda tələbə olanda atam yanımıza gəldi. Onda qohumumuz Mələk də bizimlə qalırdı. Mən Bakı Dövlət Universitetində, Səhər isə Xarici Dillər Universitetində oxuyurdu. Gəlib gördü ki, toyuğu çox yağlı bişirmişəm, işıq pulu gəlib, amma ödəniş etməmişik. Səhəri gün universitetə gedib gördüm ki, hərbi dərsdir, oturmadım, qayıtdım evə ki, gedib dədə ilə söhbət eləyim. Qapını açıb gördüm dədə gedib, masamızın üstünə də mənim qələmimlə bu şeiri yazıb qoyub:.
Mən getdim Yaqut bala,
hər işi düz tut bala.
Yumşaqlığı tərk elə,
Səhərin başı üstə
Mələyin başı üstə
yumruğunu bərk elə.
Səhər səni tovlayıb
xoş dilə bağlamasın.
Qab-qacağı yumağı
sonraya saxlamasın.
O yusun qaşıqları
səndə ki qoyma yansın
boş yerə işıqları.
Qənaətçil ol bir az
İsrif elə yağ, bala,
bir çolpaya bir kilo
yağ işlətməzlər, bala.
O sən deyən il deyil,
Görürsən yağ sel deyil,
Ha ev pulu verirəm,
Vermirsiz ev pulunu,
Deməmişəm dədənin
Bu qədər sev pulunu?
Üç olun, tərs olmayın,
Unutmayın da dərsi.
Tək oxumaq üstündə
Eyləyin bəhsəbəhsi.
Yaman şeydir ingilis
Qoymayın çox bilmişi,
Sizə gördürsün işi.
Özü yaxşı qızcığaz
Səliqəsindən olmaz.
Çayım qaldı yarımçıq,
ora-bura çapmadım
Nə evdi saxlayırsız,
bir dişdəm qənd tapmadım.
Bu şeirimə mat qalın,
Getdim, salamat qalın.
Təqdim etdi: Fərid Hüseyn