İran heç bir halda nüvə, hərbi və elmi nailiyyətlərindən əl çəkməyəcək.
Bakupost.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.
İran Hərbi Dəniz Qüvvələrinin ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edən Pezeşkian vurğulayıb ki, İran hərbi əməliyyatlardan qorxmasa da, müharibəyə can atmır. O bildirib ki, İran həmişə dialoqun tərəfdarı olub və danışıqları davam etdirəcək, lakin təhdid altında heç vaxt ayrılmaz hüquqlarından əl çəkməyəcək: "Biz hərbi, elmi, nüvə və digər sahələrdə əldə etdiyimiz şanlı nailiyyətlərdən əl çəkməyəcəyik.
Tramp regionda yalnız özünün inanacağı bir sıra şərhlər edib. Bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə bizim sülhü məhv edən alətlərimiz var deyir. Hansı sözləri qəbul etməliyik? Sülh mesajı, yoxsa insanların məhvi mesajı?"