Ru
14:21 / 17 May 2025

Şantaj edərək bu hotellərdən "haqq" alırmış... - FOTO

Şantaj edərək bu hotellərdən "haqq" alırmış... - FOTO
Eye

Şantaj ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilən “Azerinfo.az” saytının rəhbəri İbrahim Hümbətovun həbsi ilə bağlı təfərrüatlar məlum olub.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, paytaxtın bir neçə rayonunda yerləşən mehmanxana icarədarlarını, həmçinin müxtəlif qurumların rəhbərlərini şantaj edərək onlardan pul tələb edib.
İbrahim Hümbətov sayt rəhbəri olduğunu deyərək Xətai rayonunun Babək prospektindəki “Dalğa” və Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən “Maral” adlı hotellərin icarədarlarını həmin məkanların əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə məlumat yaymaqla hədələyib. O, icarədarlardan mütəmadi olaraq aylıq pul alıb- “Maral”ın icarədarı 1 il ərzində hər ay 50 manat (ümumilikdə 650 manat), “Dalğa”nın icarədarı isə hər ay 30 manat (ümumilikdə 1010 manat) verib.

İstintaq zamanı müəyyən olunub ki, Hümbətov yalnız mehmanxana sahibləri ilə kifayətlənməyib. O, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi, Göyçay İdarəetmə və Texnologiya Kollecinin direktoru, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional İdarəsinin rəisini də müxtəlif formada şantaj edib və onlardan da pul alıb.
Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hümbətov ittihamları qəbul etməyib və deyib ki, həmin şəxslər ona xəstəliyi ilə bağlı yardım məqsədilə könüllü şəkildə pul veriblər.

Lakin zərərçəkmiş şəxslərin ifadələri və toplanmış digər sübutlar əsasında İbrahim Hümbətovun təqsiri sübuta yetirilib. Hökmə əsasən, o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar