Ru
12:34 / 17 May 2025

Elçin Quliyev generalı işdən çıxardı - YENİ TƏYİNAT + FOTO

Elçin Quliyev generalı işdən çıxardı - YENİ TƏYİNAT + FOTO
Eye

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi əvəzi general-mayor Faiq Məmmədov vəzifəsindən azad olunub.

Bakupost.az xəbər verir ki, bu barədə DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Məlumata görə, Faiq Məmmədov DSX Aparatında əvvəlki vəzifəsinə qaytarılsa da, sonradan təqaüdə göndərilib.

Qeyd edək ki, o, 2024-cü ilin oktyabrında DSX (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov vəzifəsindən azad edildikdən sonra bu vəzifəni icra edirdi.

Əldə etdiyimiz məlumata görə, Elçin Quliyevin digər əmri ilə general-mayor Ramin Bağırov DSX Akademiyasının rəisi təyin edilib.

Fotoda: Faiq Məmmədov

Fotoda : Ramin Bağırov


Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar