Ru
15:09 / 17 May 2025

"Torqovı"ya maşınların girməsinə kim icazə verib? - VİDEO

"Torqovı"ya maşınların girməsinə kim icazə verib?  - VİDEO
Eye

Bakının Nizami küçəsinə "Toyota Prius" markalı avtomobil daxil olub.

Görüntülər sosial şəbəkələrdə yayılıb. İnsanların hərəkəti üçün nəzərdə tutulan əraziyə maşınların daxil olması birmənalı qarşılanmayıb..

Bakupost.az -ın modern.az-a istinadla məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli bildirib ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 17 may 2025-ci il tarixində Fəvvarələr meydanında keçiriləcək "V Autizm Festivalı" ilə bağlı əraziyə gecə saatlarında mülki nəqliyyat vasitələrinin girişinə icazə verilib.

Qeyd olunub ki, festivalın təşkili üçün tələb olunan texniki avadanlıqların əraziyə çatdırılması məqsədilə nəqliyyat vasitələri "Bakı Abadlıq Xidməti" MMC-nin rəsmi icazəsi ilə sözügedən əraziyə buraxılıb.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar