Yanvarın 9-da Rusiyanın paytaxtı Moskvaya yağan qar son 56 ilin ən güclü qar yağıntısı olub.
Bakupost.az xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat verib.
O bildirib ki, şəhərdə 22 mm yağıntı qeydə alınıb ki, bununla da 1976-cı ilin rekordu qırılıb.
Məlumata görə, bu göstərici ortaaylıq rəqəmin 42%-ni təşkil edir.