Ru
22:25 / 10 Yanvar 2026

Londonda etirazçılar səfirliyinin binası üzərindəki İran bayrağını dəyişdirdilər - VİDEO

Londonda etirazçılar səfirliyinin binası üzərindəki İran bayrağını dəyişdirdilər - VİDEO
Eye

Londonda etirazçılardan biri İslam Respublikasının səfirliyinin binası üzərindəki İran bayrağını endirib.

Bakupost.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Qeyd olunur ki, aksiya zamanı bir etirazçı diplomatik nümayəndəlik binasının eyvanına çıxıb, bayrağı çıxarıb və onun yerinə inqilabdan əvvəlki, üzərində şir və Günəş təsvir olunmuş bayrağı asıb.

Skotlend-Yard hadisəni təsdiqləyib. "İran səfirliyinin yaxınlığında keçirilən etiraz aksiyasından və etirazçının hərəkətlərindən xəbərdarıq. Hadisə yerində polis əməkdaşları var. İğtişaşların qarşısını almaq üçün əlavə polis əməkdaşları cəlb edilib", - açıqlamada bildirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar