Ru
22:16 / 21 Sentyabr 2026

Kadırovun seçki nəticəsi dünya tarixinə düşdü - GÖRÜNTÜ

Kadırovun seçki nəticəsi dünya tarixinə düşdü -  GÖRÜNTÜ
Eye

Çeçenistanın rəhbəri Ramzan Kadırov keçirilən seçkidə 99,85 faiz səslə qalib gəlib.


"Bakupost" Modern.az-a istinadla xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bütün protokolların emalından sonra Kadırov seçicilərin 99,85 faizinin dəstəyini qazanıb. Onun iki rəqibi – “Ədalətli Rusiya” partiyasından İsmail Denilxanov və Rusiya Kommunist Partiyasından Xalid Nakaev isə hərəyə 0,05 faiz səs toplayıb.

Beləliklə, Kadırov birbaşa seçkilərdə özünün əvvəlki nəticəsini də yaxşılaşdırıb. O, 2016-cı ildə 97,94 faiz, 2021-ci ildə isə 99,7 faiz səs toplamışdı. 2026-cı il seçkisindəki 99,85 faizlik nəticə onun şəxsi rekordudur.

Kadırov 2007-ci ildən Çeçenistan rəhbəridir. Bu, onun region rəhbəri kimi üçüncü birbaşa seçkisidir.

Maraqlıdır ki, Ramzan Kadırov 98,85 faiz səslə dünya tarixində ən çox seçici səsi toplayan region rəhbəri adını qazanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar