2027-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 30,6 milyon manat və ya 12,8 faiz çox olmaqla 268,9 milyon manat həcmində nəzərdə tutulur.
"Bakupost" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.
Nazir fondun 2027-ci il üzrə xərclərinin cari ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8 faiz çox olmaqla 319,2 milyon manat həcmində olması proqnozlaşdırıldığını deyib.
Bildirib ki, gələn il işsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.
O cümlədən, 173 min şəxsin işlə təmin olunması, 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min şəxsin peşə hazırlığına cəlb olunması, 230 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilməsi proqnozlaşdırılır.
Əcəb maraqlı Dövləti strategiyadır!? Hədsiz sayda asılı idxal məhsullarını iri sərmayələrlə şaxənəcək İri istehsal kompleks iş yerləri əvəzinə İşsizliyə Dəstək, daha yüksək artımda?