Bakıda iki bacı üçün təşkil olunan ad günü məclisi həm dəvətliləri, həm də qeyri-adi dekorasiyası ilə diqqət çəkib.
"Bakupost" xəbər verir ki, məclisin qonaqları arasında dünya şöhrətli amerikalı repçi Frenç Montana və Xalq artisti Aygün Kazımova da olub.
"Lost in the Jungle" konsepti əsasında hazırlanan məkan cəngəllik ab-havasında dizayn edilib. Tədbirin dekorasiyasında seçilən konsept qonaqlara fərqli atmosfer yaşadıb.
Qeyd edək ki, Frenç Montana (French Montana) əslən Mərakeşdən olan amerikalı repçi və hip-hop ifaçısıdır. "Unforgettable", "No Stylist" və "Pop That" kimi hitləri ilə dünya şöhrəti qazanan repçi müasir hip-hopun tanınmış simalarındandır.
Lalə, BakuPost